Alternate Text

İstənİlən Hüquqİ Sənəd Hər Yerdə, Hər Zaman

Tələbinizə uyğun sənədi hazırlayın və ya yüzlərlə müxtəlif növ sənəd nümunələri arasından lazım olanını kompüterinizə yükləyin.

Öz sənədini hazırla

Siz yuxarıdaki düyməni basaraq öz sənədinizi hazırlaya bilər, və yaxud asagıdan hazır sənədləri ala bilərsiniz.

BİZ E-VEKIL.AZ

Haqqımızda

e-vakil.az saytının məqsədi istifadəçilərinə peşəkar hüquqi yardım göstərməkdir. Qeyd edilən hüquqi yardım (i) saytımızda yerləşdirilmiş müxtəlif növ sənədlərin təqdim edilməsindən və (ii) sifarişinizə uyğun sənədlərin hazırlanmasından ibarətdir. Təqdim edilən sənədlər arasında müxtəlif ərizə formaları, aktlar, protokollar, müqavilələr, etibarnamələr, qərarlar və s. tapmaq olar.

Qeyd etmək lazımdır ki, e-vakil.az saytının təsisçiləri bu saytı pul qazanmaq üçün yaratmamışlar. Bu səbəbdən təqdim edilən bir çox sənəd formaları pulsuz və ya çox ucuz qiymətə təklif edilir. Saytımızda satışda olan məhsullar, fəaliyyətimizi dəstəkləmək üçündür. Müraciət edən şəxs e-vakil.az saytı vasitəsilə tapdığı vəkilin hərəkətlərindən narazı olarsa və ya digər səbəblərdən vəkildən imtina edərsə və e-vakil.az saytına başqa vəkil tapmaq üçün müraciət edərsə müraciət edən şəxsin tələblərinə cavab verə biləcək vəkil tapmağa yardım etməyə və sair üsulla hüquqi yardım etməyə çalışacağıq.

İstifadə Qaydaları

Səhifəmizdə təqdim edilən sənədlərin yüklənməsi üçün ilk növbədə qeydiyyatdan keçəmək tələb edilir. Qeydiyyatdan keçməklə yaratdığınız hesaba gələcəkdə yüklədiyiniz sənədləri istənilən vaxt, istənilən kompüterdən daxil olmaqla yenidən yükləyə bilərsiniz.

Yükləmək istədiyiniz sənədlər barədə məlumatı oxuduqdan sonra səbətinizə əlavə edin. Səbətinizdəki sənədin alınması üçün www.e-vekil.az səhifəsi ilə Sizin aranızda alğı-satqı müqaviləsi şərtləri ilə tanış olaraq razılığınızı bildirməyiniz tələb edilir. Alğı-satqı müqaviləsinin şərtləri ilə razılaşdıqdan sonra müvafiq düyməni sıxmaqla sizi GoldenPay səhifəsinə yönləndirilirsiniz. GoldenPay səhifəsi sizin daxil etdiyiniz kart məlumatlarının təhlükəsizliyinə təminat verir. Ödəniş uğurla həyata keçirildikdən sonra siz yenidən www.e-vekil.az səhifəsinə qaytarılırsınız və yüklədiyiniz sənədi səhifənin yuxarı sağ küncündə istifadəçi adınıza tiklamaqla “Mənim hesabım” bölməsindən yükləyə bilərsiniz. Yüklədiyiniz sənəd eyni zamanda qeydiyyat zamanı daxil edilmiş email ünvanınıza da göndəriləcəkdir.

Təşəkkürlər!

Vəkillərimiz

Komandamız ilə tanış olun:

Nihad

Əliyev

Vəkil

Nurlana

Əliyeva

Vəkil

Ramil

Pənahov

Vəkil

Həsən

Nəsibov

Vəkil

Selcan

Məmmədli

Vəkil

Anar

Əsədov

Vəkil

BİZİMLƏ ƏLAQƏ